Rusiya Kiyevə raket və dronlarla zərbə endirib, ölənlər var

Rusiya tərəfindən həyata keçirilən gecə hücumları nəticəsində Ukraynanın müxtəlif şəhərlərində dağıntılar və insan tələfatı qeydə alınıb.

Ukraynanın paytaxtı Kiyevdə baş vermiş raket və dron hücumları nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib. Kiyev meri Vitali Kliçkonun verdiyi məlumata görə, hücum nəticəsində sivil infrastruktur obyektləri, yaşayış binaları, avtomobillər və metro yolları ciddi zərər görüb.

Kiyev Şəhər Hərbi Administrasiyasının (KŞHA) 05:00-a olan məlumatına əsasən, şəhərin 6 rayonunda dağıntılar qeydə alınıb. Solomensk rayonunda 500 kv.m sahəni əhatə edən anbarda yanğın baş verib, 16 mərtəbəli binada baş verən yanğından 3 nəfər xilas edilib. Darnitsk rayonunda isə düşən qalıqlar ən azı 3 yerdə avtomobillərə zərər verib.

Qolosievsk rayonunda sivil obyekt yanıb, məktəbə zərər dəyib, Aİ-yanacaqdoldurma məntəqəsi yaxınlığında avtomobilə qalıqlar düşüb. Desnyan, Şevçenkovski və Dneprovski rayonlarında da müxtəlif dağıntılar və yanğınlar qeydə alınıb. Metro xətlərinin bərpası işləri 24 saat ərzində davam etdiriləcək.

Ukraynanın qərbində yerləşən Luçk şəhəri də gecə hücumlarına məruz qalıb. Luçk meri İqor Palişçukun verdiyi məlumata görə, şəhərə 15 dron və 6 raket atılıb. Nəticədə 5 nəfər xəsarət alıb, lakin ölən yoxdur. Hücumlar nəticəsində çoxmərtəbəli binaların dam örtükləri və pəncərələri, ticarət obyektləri və avtomobillər zərər görüb.

Ternopolda isə sənaye və infrastruktur obyektlərinə zərbələr endirilib. Şəhər rəhbəri Sergey Nadal bildirib ki, şəhərin bir hissəsi işıqsız qalıb, su təzyiqi isə azalıb. Ternopolda havanın çirklənməsi və tüstülənmə müşahidə olunur, bu səbəbdən sakinlərə evdən çıxmamaq və uşaqların, yaşlıların küçəyə buraxılmaması tövsiyə edilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.