“Rusiya ordusu Kiyev və Çerniqov istiqamətində hərbi əməliyyatları kəskin şəkildə azaltmaq qərarına gəlib”.
Azpost.info bildirir ki, bu sözləri Ukrayna ilə danışıqlarda nümayəndə heyətinin üzvü, Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin deyib.
“Ukraynanın neytrallığı və qeyri-nüvə statusu haqqında sazişin hazırlanması, eləcə də Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsi üzrə danışıqların praktiki fəaliyyətə keçməsi ilə əlaqədar bu addım atılıb. Müdafiə Nazirliyi qarşılıqlı etimadı artırmaq və gələcək danışıqlar üçün lazımi şərait yaratmaq və yuxarıda göstərilən sazişin imzalanması ilə bağlı razılığa gəlməklə bağlı son məqsədə nail olmaq üçün Kiyev və Çerniqov istiqamətində hərbi fəallığın köklü şəkildə azaldılması barədə qərar qəbul edib”.-deyə Fomin bildirib.
Xatırladaq ki, müdafiə naziri Şoyqu bu gün Ukraynada müharibənin birinci mərhələsinin bitdiyini elan edib
Nazir bildirib ki, Ukraynada keçirilən xüsusi hərbi əməliyyatın əsas tapşırıqları bütövlükdə yerinə yetirilib.