Rusiya Kiyevdə hərbi zavoda raketlərlə zərbə endirib

Rusiya Silahlı Qüvvələri Kiyevdə zirehli zavodun istehsalat binalarına zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Havadan buraxılan yüksək dəqiqlikli uzaqmənzilli raketlərlə Kiyevdəki zirehli zavodun və Nikolayevdəki hərbi texnika təmiri sexinin istehsalat binaları məhv edilib”, deyə Rusiya MN sözçüsü qeyd edib.

Əvvəlki məqalə

Türkiyə və Ukrayna müdafiə nazirlərinin telefon danışığı olub

Sonrakı məqalə

Sabaha olan hava proqnozu