Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Rusiya Kiyevdəki səfirliyimizə qəsdən hucum edir” –

User 15 Noyabr 2025 - 22:20 (Last updated: 15 Noyabr 2025 - 22:20)
qulamhüseyn elibeyli
“Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığının Rusiyanın atdığı “İsgəndər” raketinin düşməsi və nəticədə səfirliyin binasının dağıntılara məruz qalması haqlı olaraq müəyyən şübhələrə səbəb olur“.
AzPost bildirir ki, bu sözləri Milli Məclisin sabiq deputatı, hüquqşünas Qulamhüseyn Əlibəyli baş verən hadisəni şərh edərkən deyib.
Onun sözlərinə görə, son dövrlər adətən hərbi deyil, daha çox mülki obyektlər Rusiya tərəfinin raket zərbələrinə məruz qalır. Rusiya hər dəfə mülki obyektlər deyil, guya hərbi obyektlərə raket zərbəsi endirdiyini israrla bildirsə də, bu, inandırıcı görünmür və faktiki vəziyyətə uyğun gəlmir: “Kiyevdə və Ukraynanın digər şəhərlərində hərbi obyektlərin dəqiq dislokasiyasının Rusiyanın əlində olması şəksizdir. Azərbaycanın Ukraynadakı səfirliyinin binası hərbi obyekt deyil və səfirliyin yaxınlığında heç bir hərbi obyekt yerləşmir. Bu da səfirliyin ətrafının qəsdən nişan alınması təəssüratını yaradır”.
Q.Əlibəylinin fikrincə, bu təəssüratı güçləndirən bir neçə amil də mövcuddur: “Belə ki, Azərbaycan səfirliyi artıq 2-ci dəfədir ki, Rusiyanın raket hücumlarından zərər çəkir. Bir müddət bundan əvvəl də Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına raket düşmüşdü və səfirliyimizin binası zərər çəkmişdi. Müharibənin gedişində bu günə qədər Azərbaycandan başqa, heç bir dövlətin səfirliyi Rusiyanın raket hücumlarından zərər çəkməyib. Bundan başqa, bu yaxınlarda Rusiya Odessada Azərbaycan qazını nəql edən qaz kompressor stansiyasına və SOCAR-ın neft bazasına zərbələr endirmişdi”.
Ekspertin sözlərin görə, ilk baxımdan təsadüfi görünən hadisələrin təkrarlanması Azərbaycana aidiyyəti olan qaz kompressor stansiyasına və neft bazasına zərbələr endirilməsi həmin hərəkətlərin qəsdən törədilməsi ehtimalını daha da artırır: “Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmasa da, Ukraynanın ərazi bütövlüyünü tanıyır və Ukraynaya humanitar yardım edir. Görünür bu, Rusiya hakimiyyətinin xoşuna gəlmir və ölkəmizi bu mövqedən cəkindirmək məqsədilə bu cür təzyiq vasitələrindən istifadə edir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mövqeyini zəiflətmək də bu hücumların məqsədlərindən biri kimi nəzərdən keçirilə bilər. Çünki Rusiyanın özünün enerji sektoru ciddi böhran keçirir və faktiki çökmə ərəfəsindədir”.
Q.Əlibəyli vurğulayıb ki, mülki infrastrukturları və diplomatik nümayəndəlikləri hədəf kimi seçməklə Rusiya insanlıq əleyhinə və hərbi xarakterli beynəlxalq cinayətlərini davam etdirir və Ukraynada düşdüyü bataqlığı daha da dərinləşdirir.

AzPost.az

Post navigation

Previous: Almaniyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə konsert olub
Next: Putin və İsrailin Baş naziri telefonla danışdı

Oxşar xəbərlər

kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
elmar esas
  • Sosial

Kafedə kütləvi davanın 2 təqsirkarı haqqında həbs qərarı verildi – VİDEO

User 26 Oktyabr 2026 - 19:03

xƏBƏR

kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Ətdən imtina etmək gələcəkdə xərçəngin müxtəlif növləri, diabet və idrak qabiliyyətinin zəifləməsi də daxil olmaqla, yaşla əlaqəli...
Read more about Ətdən imtina sağlam qocalmağa kömək edə bilər
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.