Rusiya məhkəməsi Navalnının günahkar olduğunu təsdiqləyib

21 Fevral 2021 - 01:49

Rusiya məhkəməsi blogger Aleksey Navalnını Böyük Vətən Müharibəsi veteranına böhtan atmaqda günahkar hesab edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə qərarı məhkəmənin hakimi elan edib.

“Navalnı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 128.1-ci maddəsi (böhtan atma) ilə cinayət törədib”, – deyə hakim Vera Akimova bildirib.

Sonra məhkuma hökm oxunub. Prokurorluq məhkəmədən Navalnının 950 min rubl cərimə cəzasına məhkum edilməsini istəsə də, məhkəmə bu məbləği 850 min rubl təyin edib.

Dövlət ittihamına görə, 2 iyun 2020-ci ildə A.Navalnı sosial şəbəkələrdə Böyük Vətən Müharibəsi veteranı İqnat Artemenkonun Rusiya Konstitusiyasına dəyişiklikləri dəstəklədiyi bir video yayıb və videonun altında “bilə-bilə yalan, veteranın şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən” şərhlər yazıb.