Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 12 faizə qaldırıb

Rublun ucuzlaşmasına qarşı Rusiya Mərkəzi Bankından fövqəladə tədbirlər görülüb.

Bank uçot dərəcəsini 8,50 faizdən 12 faizə qaldırıb.

Qətnamənin mətnində təcili faiz artımının qiymət sabitliyi risklərini məhdudlaşdırmaq məqsədi daşıdığı bildirilib.

Qeyd olunub ki, müharibə xərcləri artdıqca və ixracı kəskin şəkildə azaldıqca rublun dəyərdən düşməsi sürətlənib.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı ötən ay faiz dərəcələrini 100 bənd artıraraq, 8,5 faizə çatdırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.