Rusiya maraqlarına cavab verməyən beynəlxalq sazişlərdən çıxacaq

Rusiya keçmişdə bağlanmış bütün beynəlxalq müqavilələri öz maraqlarına uyğunluğu baxımından təhlil edəcək və xoşagəlməz sazişlərdən imtina edəcək.

Azpost.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Onun sözlərinə görə, bu, xüsusilə Rusiyanı təcrid etmək və ona maksimum ziyan vurmaq cəhdlərinə əsaslanan aktual məsələdir.

“Bu aktual məsələdir. Təbii ki, biz Rusiyanı təcrid etmək və ona maksimum ziyan vurmaq cəhdlərini görəndə, ilk növbədə, onların ölkəmizin milli maraqlarına, o cümlədən bugünkü şəraitə nə dərəcədə uyğun gəldiyindən çıxış etməliyik”, – Verşinin deyib.

Azpost.info

Əvvəlki məqalə

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya mənzil verilib

Sonrakı məqalə

Prezident İlham Əliyev Dennis Fransisi qəbul edib