Rusiya Monteneqro səfirliyinin əməkdaşını ölkədən qovdu

Rusiya Monteneqronun Moskvadakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. “Bu tədbir Monteneqro tərəfinin Rusiya səfirliyinin bir sıra diplomatlarını “persona non-qrata” elan etməsi ilə bağlı əsassız qərara cavabdır”, – XİN-dən bildiriblər.

Aprelin 7-də Monteneqro Xarici İşlər Nazirliyi dörd rus diplomatını “persona non-qrata” elan edib. Rusiya XİN xəbərdarlıq edib ki, Moskva Monteneqronun hərəkətlərinə cavab verəcək.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.