Rusiya Müdafiə Nazirliyi:Ukraynanın 68 hərbi obyekti məhv edilib

Rusiyanın Hava Kosmik Qüvvələri Ukraynanın 68 hərbi obyektini, o cümlədən iki S-300 işıqlandırıcı və istiqamətləndirici lokatoru, bir Osa AKM zenit-raket kompleksini məhv edib.

Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

“Əməliyyat-taktiki aviasiya Ukraynanın 68 hərbi obyektini məhv edib. Onların arasında Krivaya Luka və Krasnoarmeysk vilayətlərində iki S-300 işıqlandırma və istiqamətləndirici lokator və Severodonetsk vilayətində bir Osa AKM zenit-raket kompleksi; altı raket və artilleriya silahları və yanacaq anbarı, o cümlədən Kremennaya, Krasnı Lyman, Kolodezi, Torskoye, Yampolovka və Novoselivka yaşayış məntəqələrində Ukrayna hərbi texnikası və canlı qüvvəsinin cəmləşdiyi 40 ərazi var ”, – Rusiya MN sözçüsü vurğulayıb.

APA

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.