Rusiya müharibənin dayanması üçün şərtini açıqlayıb –KREMLİN SÖZÇÜSÜ AÇIQLAMA VERDİ

Rusiya növbəti dəfə Ukraynada müharibənin dayanması üçün şərtlərini açıqlayıb.
Azpost.info bildirir ki, bu barədə prezident Putinin mətbuat katibi Peskov açıqlama verib.
Peskov bəyan edib ki, Rusiya Ukraynaya bildirib ki, istənilən dəqiqə hərbi əməliyyatı dayandıra bilər: “Ukrayna Krımı  və “DNR”, “LNR”in müstəqilliyini tanımalıdır”-deyə o vurğulayıb.
“Ukraynalılara deyilib ki, hər şey bir dəqiqənin içində dayana bilər“-deyə Röyter Peskovun sitatını verib.
Kremlin sözçüsü deyib ki, Ukrayna Konstitusiyaya düzəliş etməli və hər hansı bir bloka daxil olmaqdan imtina etməlidir.
“Biz əslində Ukraynanın demilitirzasiyanı bitiririk. Bunu sona çatdıracağıq…Onlar (ukraynalılar) hərbi əməliyyatı dayandırmalıdırlar”-deyə Peskov vurğulayıb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir