“Rusiya müsbət dəyişikliklər və suverenliyin möhkəmləndirilməsi yolundadır”- PUTİN

“Rusiya müsbət dəyişikliklər və suverenliyin möhkəmləndirilməsi yolundadır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Baş Prokurorluğun kollegiya iclasında çıxışı zamanı bildirib.

“Ölkənin suverenliyinin, müstəqilliyinin möhkəmləndirilməsinə, Rusiyanın gələcəyinə və onun inamlı inkişafı üçün şərait yaradılmasına yönəlmiş genişmiqyaslı müsbət dəyişikliklər mərhələsindəyik”, – Putin deyib.

Rusiya prezidenti hesab edir ki, ölkədə hakimiyyət sistemi stabil işləyir və insanların etimadına əsaslanır: “Bunda prokurorluğun rolunu qiymətləndirməmək olmaz. Prokurorluğun fəaliyyəti həyatın bütün sahələri üçün vacibdir. Hazırda isə bu, ikiqat və ya üçqat vacibdir”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.