Rusiya Ukraynaya hücumlarında ballistik raketlərdən daha tez-tez istifadə etməyə başlayıb. Bu, çox güman ki, Patriot raket əleyhinə sistem ehtiyatlarını tükəndirməyə cəhddir.
Azpost.info bildirir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitununun (ISW) ekspertləri qeyd edir. Məlumata görə, Rusiya Ukraynadakı Patriot raket ehtiyatlarını tükəndirmək üçün zərbə taktikasını dəyişdirib.
ISW qeyd edir ki, 6-7 mart tarixlərindəki zərbələr zamanı atılan raketlərin təxminən yarısı ballistik raketlər olub. Rusiya adətən nadir hallarda tək bir zərbədə 10-dan çox belə raket buraxır. Adətən onlardan hədəf hücumlarında istifadə edir.
Analitiklərin fikrincə, Moskva Ukraynanın məhdud PAC-3 raket əleyhinə ehtiyatlarından, eləcə də ABŞ və Körfəz dövlətlərinin İran hücumlarından müdafiə üçün Yaxın Şərqdə Patriot raketlərindən fəal şəkildə istifadə etməsindən faydalanmağa çalışır.
Bu yolla Rusiya Ukraynanın hava hücumundan müdafiəsinin tükənməsini sürətləndirməyə və tərəfdaşlarından yeni tutucuların alınmasını çətinləşdirməyə ümid edir.