“Rusiya NATO ilə müharibəyə hazırdır”- MEDVEDYEV

“Qərb ölkələri get-gedə Rusiyaya daha az seçim buraxır və Moskvanı NATO ilə birbaşa hərbi münaqişəyə sövq edirlər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib.

O, bu yaxınlarda “Abrams” tanklarının Kiyevə təhvil verilməsini və yaxın mənzilli ATACMS raketlərinin tədarükünü xatırladıb.

“Rusiyaya faşist blokuna çevrilmiş NATO ilə quruda birbaşa münaqişədən başqa çox az seçim buraxırlar. Biz hazırıq”, – Medvedyev deyib.

Eyni zamanda, o qeyd edib ki, bəşəriyyət üçün bunun nəticəsi 1945-ci ildəkindən daha ağır olacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.