Rusiya neftinə “qiymət tavanı” işə yaramadı- Moskva hər bareldən 74 dollar qazanır

“Avropa İttifaqı və G7 ölkələri Rusiya neftinə qiymət həddi tətbiq etdikdən sonra Moskva nefti orta hesabla 74 dollara satıb və gözləniləndən qat-qat artıq gəlir əldə edib”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” Beynəlxalq Maliyyə İnstitutu, Kolumbiya və Kaliforniya Universitetlərinin araşdırmasına istinadən yazıb.

Dekabr ayında Aİ və G7 ölkələri Rusiya neftinin dəniz yolu ilə tədarükü üçün tavan qiymət həddini bir barel üçün 60 dollar səviyyəsində müəyyən edib. Gömrük hesablarından alınan məlumatların təhlili əsasında məlum olub ki, məhdudiyyətlər tətbiq edildikdən sonra Rusiya nefti orta hesabla bir barel üçün təxminən 74 dollara satılıb ki, bu da müəyyən edilmiş “qiymət tavanı”ndan yüksəkdir.

Hesabatda həmçinin deyilir ki, Rusiya tədarükünün təxminən yarısı kölgə tankerləri donanması tərəfindən daşınır və buna görə də qiymət məhdudiyyətlərinə tabe olmur.

Aİ və G7 ölkələrinin Rusiya neftinin üçüncü ölkələrə dəniz yolu ilə çatdırılması üçün “qiymət tavanı” dekabrın 5-dən qüvvəyə minib. Fevralın 5-də Rusiya neft məhsullarının Aİ-yə tədarükünə qadağa qoyulub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.