Rusiya neftinin Polşaya göndərilməsi dayanıb

qaz nəqli
qaz nəqli

Rusiyadan Polşaya gələn neft axını dayandırılıb.

Bu barədə Polşanın neft emalı zavodunun rəhbəri Orlen Daniel Obaitek Tvitter səhifəsində məlumat verib.

“Biz xammal təminatını səmərəli şəkildə təmin edirik. Rusiya Polşaya neft tədarükünü dayandırıb, biz buna tam hazırıq. Xammalın cəmi 10 faizi Rusiyadan gəlir və biz onu başqa istiqamətlərdən gələn neftlə əvəz edəcəyik”, – Obaitek yazıb.

Obaitekin sözlərinə görə, son illərdə həyata keçirilən diversifikasiya səmərəli təchizat zənciri yaradıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.