Rusiya Odessanın dəniz limanına raket atdı - FOTO

Ukraynanın Odessa şəhəri “Kalibr” tipli qanadlı raketlərlə hücuma məruz qalıb.

Azpost.info xəbər verir ki, raketlər Odessa Dəniz Ticarət Limanına atılıb.

İki raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikisi isə liman ərazisinə düşüb.

“Hava hücumundan müdafiə sistemi işə düşüb. Həyəcan siqnalını rədd etməyin! Raketlərin bəziləri vurulub. Amma deyəsən, Odessanın özündə də zərbələr var… Yeni partlayışlar var. Sığınacaqlarda qalın!”, – Ukrayna mətbuatı yazır.

Deputat Aleksey Qonçarenkonun sözlərinə görə, Odessa limanında yanğın çıxıb: “Rusiya Odessa limanını vurdu, böyük raket atəşi idi, iki raket uçdu. Qurbanlar var..”.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.