Rusiya Odessaya PUA -larla hücum edib

Tatarıstana
Tatarıstana

Rusiya Odessaya kütləvi dron hücumu həyata keçirib.

Bu barədə UNİAN məlumat yayıb.

Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleg Kiper bildirib ki, hava hücumundan müdafiə vasitələrinin fəal işləməsinə baxmayaraq, mülki infrastrukturda ziyan dəyib.

“Şəhərdə bir neçə yanğın baş verib. Çoxmərtəbəli yaşayış binasında iki mərtəbə, iki mərtəbəli evin damı, ticarət pavilyonları və yanacaqdoldurma məntəqəsi yanıb. Həmçinin, UNESCO-nun qoruması altında olan memarlıq abidələrinə ziyan dəyib. Xəsarət alanlar barədə məlumat dəqiqləşdirilir. Bütün səlahiyyətli qurumlar Rusiya hücumunun nəticələrinin aradan qaldırılması üçün işə başlayıblar,” – məlumatda belə qeyd olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.