Rusiya ordusu Ukraynanın enerji obyektlərini vurub

Rusiya ordusu operativ-taktiki aviasiya, döyüş dronları, raket qoşunları və artilleriya vasitəsilə Ukraynanın 167 bölgəsində enerji və nəqliyyat infrastrukturu obyektlərini, hərbi obyektlərinə zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinin qrupu tərəfindən Ukrayna Silahlı Qüvvələrinin istifadəsində olan enerji və nəqliyyat infrastrukturu obyektləri, silah anbarları, yığma sexləri, saxlama və uçuşdan əvvəl hazırlıq məntəqələri, uzaqmənzilli pilotsuz uçuş aparatlarının buraxılış məntəqələri, həmçinin Ukrayna silahlı birləşmələri və xarici əsgərlərin müvəqqəti yerləşmə nöqtələri vurulub”, – Rusiya Müdafiə Nazirliyi açıqlamasında bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.