Rusiya ordusu Ukraynanın qaz infrastrukturuna dağıdıcı zərbə endirib

Rusiya ordusu dünən və bu gün pilotsuz uçuş aparatları ilə Ukraynanın qaz infrastrukturuna kütləvi hücum edib.

Bu barədə “UNİAN“ Ukraynanın Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Rusiya dronları qazın hasilatı və saxlanması ilə məşğul olan obyektlərə zərbə endirib. Hücum zamanı xəsarət alanlar olmasa da, obyektlərdə ciddi dağıntılar var.

“Xilasetmə və operativ xidmətlər hücumun nəticələrinin aradan qaldırılması üzərində çalışır”, – məlumatda qeyd olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.