“Rusiya ordusunda genişmiqyaslı dəyişikliklər olacaq”- ŞOYQU detalları açıqladı

“Rusiya ordusunda genişmiqyaslı dəyişikliklər olacaq”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib.

Onun sözlərinə görə, dəyişikliklər 2023-2026-cı illəri əhatə edəcək.

“Silahlı Qüvvələrin tərkibində genişmiqyaslı dəyişikliklər, onların sayının artırılması, Rusiya Federasiyasının hərbi-inzibati bölgüsündə dəyişiklik 2023-2026-cı illər ərzində həyata keçiriləcək. Bu dəyişikliklər müdafiə nazirinin bütün müavinlərindən, baş komandanlardan, komandirlərdən müvafiq qərarların qəbul edilməsini tələb edəcək”, – Şoyqu bildirib.

Nazir xatırladıb ki, dövlət başçısının fərmanı ilə Rusiya Silahlı Qüvvələrinin sayı 1,5 milyon nəfərə çatdırılıb.
Planlara Rusiya Silahlı Qüvvələrinin iki yeni spesifik strateji ərazi birliyinin – Moskva və Leninqrad hərbi dairələrinin yaradılması daxildir. Ölkənin yeni bölgələrində də özünü təmin edən qoşun qrupları yaradılacaq.

Bundan başqa, Rusiya müdafiə naziri Hərbi Dəniz Qüvvələri, Aerokosmik Qüvvələri və Strateji Raket Qüvvələrinin döyüş komponentinin gücləndirilməsi barədə göstəriş verib.

Azpost.info

Əvvəlki məqalə

Vyetnam prezidenti istefa verib

Sonrakı məqalə

Nazirlik Bakıda mənzillərin onlayn satışına başlayır