“Rusiya seçimini edib, geriyə yol yoxdur”- MEDVEDEV DƏ NÜVƏ SİLAHI İLƏ HƏDƏLƏDİ

“Rusiya öz seçimini edib və geriyə yol yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

Onun sözlərinə görə, Rusiyada elan edilmiş qismən səfərbərlik Ukraynada referendumların keçiriləcəyi, “DXR”, “LXR” və digər ərazilərin Rusiyanın tərkibinə daxil olacağı anlamına gəlir.

“Rusiya bəyan edib ki, bu cür müdafiə üçün təkcə səfərbərlik imkanları deyil, həm də ölkənin istənilən silahı, o cümlədən strateji nüvə silahları və yeni prinsiplərə əsaslanan silahlar istifadə edilə bilər. Ona görə də istefada olan bəzi “general zolaqlı” idiotların NATO-nun Krıma zərbə endirməsindən danışaraq bizi qorxutmasına ehtiyac yoxdur”, – Medvedev qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Bakıda Zəfər abidəsi ilə bağlı çoxmərtəbəli bina sökülür –

Sonrakı məqalə

Ukrayna Rusiyanın əsir düşmüş 55 hərbçisini təhvil verib