Ukrayna Rusiyanın əsir düşmüş 55 hərbçisini təhvil verib

Rusiyanın 55 hərbçisi Ukraynadan əsirlikdən qayıdıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildiriblər ki, əsirlər mübadiləsinə dair aparılan danışıqlar nəticəsində sentyabrın 22-də gecə Rusiyanın 55 hərbçisi geri qaytarılıb. Azad edilən əsirlər təyyarə ilə Rusiyaya gətirilib və Müdafiə Nazirliyinin hospitallarında yerləşdirilib.

Əvvəlki məqalə

“Rusiya seçimini edib, geriyə yol yoxdur”

Sonrakı məqalə

Məşhəd və Təbrizdə “Bəsic” üzvləri öldürülüb-