Rusiya Paşinyanın tələbini təmin etdi –

Serj Sərksiyanın qardaşını ekstradisiya edir
08 Aprel 2020 - 10:32

Rusiyanın Baş Prokurorluğu Ermənistanın keçmiş deputat Levon Sərkisyanın ekstradisiyası ilə bağlı tələbini təmin edib.

Bu barədə “RİA Novosti” qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

L.Sərkisyan 2019-cu ilin noyabrında Zelenoqradda saxlanılıb. O, 2018-ci ilin oktyabrından Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən cinayətkar qruplaşmada, həmçinin mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlakın qarət edilməsi məqsədilə təşkil olunmuş soyğunda iştirakda ittiham olunub.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı bir neçə çağırış parlamentin deputatı, həmçinin “Respublika” Partiyasının üzvü olub.