Rusiya Paşinyanın tələbini təmin etdi –Serj Sərksiyanın qardaşını ekstradisiya edir

Rusiyanın Baş Prokurorluğu Ermənistanın keçmiş deputat Levon Sərkisyanın ekstradisiyası ilə bağlı tələbini təmin edib.

Bu barədə “RİA Novosti” qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.

L.Sərkisyan 2019-cu ilin noyabrında Zelenoqradda saxlanılıb. O, 2018-ci ilin oktyabrından Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən cinayətkar qruplaşmada, həmçinin mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlakın qarət edilməsi məqsədilə təşkil olunmuş soyğunda iştirakda ittiham olunub.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın qardaşı bir neçə çağırış parlamentin deputatı, həmçinin “Respublika” Partiyasının üzvü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Pərviz Abdullayev “Survivor”dan çıxarıldı

Sonrakı məqalə

Karantini pozan 8514 nəfər inzibati məsuliyyətə cəlb edilib