Rusiyada vətəndaşlıq almış şəxslərin hərbi qeydiyyatının yoxlanışı başlanıb.
Azpost.info bildirir ki, Rusiya Daxili İşlər Nazirliyi vətəndaşlıq alsa da hərbi komissarlıqlardan qeydiyyatdan keçməmiş şəxslər haqqında məlumatları tələb edib.
Qeyd edək ki, Rusiyada yeni qanuna görə, vətəndaşlıq almış şəxslər hərbi qeydiyyata düşməsələr onların vətəndaşlığına xitam veriləcək. DİN-in rəsmi nümayəndəsi N. Volkun sözlərinə görə, Rusiya Daxili İşlər Nazirliyi hərbi qeydiyyat öhdəliyini yerinə yetirməyən belə vətəndaşların Rusiya vətəndaşlığına xitam verilməsini nəzərdə tutan qanunun müddəalarını həyata keçirməyə başlayıb.