Rusiya peyvəndlərinin “Britaniya ştammı”na qarşı effektiv olduğu təsdiqlənib

16 Fevral 2021 - 15:23
“Vektor” mərkəzi Rusiya istehsalı olan peyvəndlərin koronavirusun “Britaniya ştammı”na qarşı effektiv olduğunu təsdiqləyib.
 RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə “Rospotrebnadzor”un mətbuat xidmətindən bildirilib.
Mərkəzin mütəxəssisləri tərəfindən aparılan müqayisəli tədqiqat çərçivəsində “Sputnik V” və “EpiVacCorona” peyvəndlərinin koronavirusun “Britaniya ştammı”na qarşı təsirli olduğu müəyyənləşib.