Rusiya Polşa səfirliyinin 5 əməkdaşını “arzuolunmaz şəxs” elan edib.
Bu barədə Rusiya XİN-in bəyanatında bildirilib.
Polşanın üç Rusiya diplomatını ölkədən çıxarması haqqında qərara cavab olaraq Moskva Polşa səfirliyinin 5 əməkdaşını “persona non grata” elan edib və onlardan 15 may 2021-ci il tarixə qədər Rusiya ərazisini tərk etmələri tələb olunub.