Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti başlayıb

Rusiya Prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti başlayıb.

“Manej” Mərkəzi sərgi kompleksində keçirilən tədbir pandemiya dövründə Rusiya Prezidentinin əyani formatda iştirakı ilə ilk genişmiqyaslı siyasi tədbir hesab olunur.

Koronavirus pandemiyasına görə Rusiya Prezidentinin Federal Məclisə müraciətində iştirak etmək üçün akkreditasiya qaydaları sərtləşdirilib. Belə ki, tədbirdə iştirak edəcək senator, deputat və qubernatorlardan, eləcə də tədbiri işıqlandıracaq media nümayəndələrindən üç dəfə ayrı-ayrı günlərdə, 16, 19 və 20 aprel tarixlərində COVID-19 testi tələb olunub. Üç dəfə koronavirus testi verməyənlər tədbirə buraxılmayıb.

V. Putinin Federal Məclisə müraciətini işıqlandırmaq üçün 435 media nümayəndəsi akkreditasiyadan keçib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında builki müraciətin əsasən ölkə daxili sosial və iqtisadi problemlərə həsr olunacağını açıqlayıb. Siyasi ekspertlər isə V. Putinin müraciətində beynəlxalq məsələlərə, xüsusi ilə də Ukrayna münaqişəsi fonunda Qərb ölkələri ilə münasibətlərin pisləşməsi məsələsinə toxunacağını qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Vətən müharibəsində 5 ay əvvəl şəhid olan əsgər dəfn edilib –