Rusiya PUA-ları Rumınya ərazilərinə keçdi –F35-lər NATO bazasından səmaya qalxdı

ukrayna PUA
Ukrayna PUA

Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanında Rusiyaya məxsus PUA-ları ələ keçirib.

AzPost bildirir ki, bu barədə CNN rumıniya telekanalı Anten 3-ə istinadən məlumat yayıb.

Bildirilir ki,

Rusiyanın Dunayda Ukrayna infrastrukturuna endirdiyi zərbələrlə əlaqədar sərhəddə hava məkanında vəziyyəti izləmək üçün Feteştidəki 86-cı aviabazadan iki F-16 döyüş təyyarəsi havaya qalxıb.

Rumıniya Müdafiə Nazirliyi bildirib ki, saat 18:12-də ölkənin şimalındakı Tulcea əyalətinin əhalisi üçün xəbərdarlıq verilib. Saat 18:23-də iki F-16 təyyarəsi ölkənin hava məkanında Cilia Veşi şəhərindən təxminən 20 kilometr cənub-qərbdə PUA  aşkar edib və o, radarlardan itib.

Ukrayna prezidenti Zelenski açıqlamasında bildirib ki, Rusiya PUA-ları Rumıniya ərazisinə təxminən 10 kilometr məsafədən daxil olub və təxminən 50 dəqiqə NATO ölkəsinin hava məkanında olub.

“Rusiya hərbçiləri pilotsuz təyyarələrinin hara yönəldiyini, havada nə qədər vaxt keçirə biləcəklərini dəqiq anlayır. Marşrutlar həmişə hesablanır. Bu, qəza, səhv və ya bəzi aşağı səviyyəli komandirlərin müstəqil hərəkətləri ola bilməz. Bu, Rusiyanın açıq-aşkar müharibəni genişləndirməsidi” – Zelenski deyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.