Rusiya “Qərb-2023” hərbi təlimlərini keçirə bilməyəcək- Britaniya kəşfiyyatı səbəbi AÇIQLADI

Rusiya bu ilin sentyabrında keçirilməsi nəzərdə tutulan “Qərb-2023” hərbi təlimlərindən imtina etməyə hazırlaşır.

Azpost.info xəbər verir ki, Böyük Britaniya hərbi kəşfiyyatı son hesabatında yazır ki, ehtimal edilən ləğvin səbəbi qoşun və texnika çatışmazlığı, həmçinin müharibə zamanı növbəti nümayiş təlimi ilə bağlı daxili tənqid qorxusu ola bilər.

“Rusiya silahlı qüvvələrinin Ukraynadakı uğursuzluğu göstərdi ki, birgə təlimlər aşağı təlim dəyərinə malikdir və əsasən nümayiş üçün keçirilib”, – hesabatda deyilir.

Rusiyanın qərbində əvvəlki təlimlər 2021-ci ildə keçirilib. Onlar Sovet dövründən bəri Rusiyanın ən böyük hərbi manevrləri idi. Təlimlərdə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən 200 min hərbçi iştirak etmişdi.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada çörəyin qiymətində 10 faizlik artım olacaq

Sonrakı məqalə

Azərbaycanda talassemiya xəstələrinin sayı açıqlanıb