“Rusiya Qərb ölkələrindən daha müdrik siyasət yürüdür”.
Azpost.info xəbər verir ki, bunu İranın Ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti “Keyhan” qəzetinə müsahibəsində deyib.
“Nə Rusiya, nə də Çin bizimlə dostluq və qardaşlıq müqaviləsi imzalayıb. Hamı kimi öz maraqlarından çıxış ediblər. Amma onların siyasətinin Qərbin apardığı siyasətdən daha müdrik olduğu göz qabağında deyilmi?”, – müşavir bildirib.
Onun sözlərinə görə, Moskva və Pekin dəfələrlə Qərb dövlətləri ilə qarşıdurmada İranın tərəfini tutaraq Tehranın müttəfiqi kimi çıxış ediblər.
“İndi Asiyada müstəqil olan, Qərb və ABŞ-ın bəyan etdiyi birqütblü dünyaya qarşı çıxan üç mühüm güc mərkəzi – İran, Rusiya və Çin yaranır”, – Vilayati əlavə edib.
Azpost.info