Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavini, qvardiya general-mayoru Mixail Qudkov Ukrayna ordusunun raket zərbəsi nəticəsində Kurskda həlak olub.
AzPost bildirir ki, bu barədə Primorye qubernatoru Oleq Kojemayko məlumat verib.
Hadisə iyulun 1-də baş verib. Rusiya dəniz piyadalarının Kursk vilayəti ərazisindəki qərargahına Ukrayna ordusu tərəfindən dəqiq zərbə endirilib.
Nəticədə həmin vaxt orada olan Mixail Qudkov və daha bir neçə yüksək rütbəli zabit ölüb.
Əvvəl 155 saylı dəniz piyadaları briqadasının komandiri olan “Rusiya Qəhrəmanı” M.Qudkov mart ayında Putin tərəfindən Hərbi Dəniz Donanmasının baş komandan müavini təyin olunmuşdu.
O, müharibə başlayandan bəri öldürülən ən yüksək vəzifəli Rusiya hərbçilərindən biridir.
