“Rusiya “qanuni oğru” “Şakro Molodoy”u məni öldürmək üçün azad edib” –Saakaşvilidən sensasion bəyanat

“Rusiya “qanuni oğru” “Şakro Molodoy”u Gürcüstanda seçkilərə müdaxilə etmək və mənimlə haqq-hesab çürütmək üçün azadlığa buraxıb”.

Azpost.info bildirir ki, bu sensasiyalı bəyanatla sabiq prezident Mixeil Saakaşvili çıxış edib.

Qeyd edək ki, ən nufuzlu kriminal avtoritetlərdən olan Şakro Kalaşov (“Şakro Molodoy”) həbs müddətinin bitməsinə 4 il qalmış azadlığa buraxılıb.

“Mən şübhə etmirəm ki, onu Gürcüstanda seçkilərə görə azad ediblər. Məni Gürcüstanda ədliyyə naziri təyin edəndə Kalaşov Dudu Dadiani vasitəsi ilə  30 min dollar qiyməti olan saat göndərmişdi. Mən hədiyyəni rədd etdim, Şakroya məsləhət gördüm ki, Gürcüstandan çıxıb getsin. Hərçənd, o heç qorxmurdu da. Çünki Şverdnadzenin daxili işlər naziri Kaxa Tarqamadze, təhlükəsizlik naziri Vaxtanq Kutateladze idi”.

Saakaşvili deib ki, o prezident olandan sonra Şakro Gürcüstana gəlməyə ehtiyat edib: “Onun Skenetidəki nəhəng sarayı müsadiə edildi. Bizim təqdim etdiyimiz materiallar əsasında İspaniya onu həbs elədi. Biz onun ekstadasiyası ilə bağlı proseduru hazırlamağa başladıq. Amma Rusiya dövrəyə girdi. Mənim məlumatıma görə, Şakro Rusiya İstintaq Komitəsinə 70 milyon dollar ödədi. Bundan sonra ruslar “iş tikdilər” və Gürcüstan vətəndaşı olan Kalaşov Rusyaya təhvil verildi. Tezliklə də azadlığa buraxıldı”.

Eks-prezident deyib ki, amma bir qədər sonra “Şakro molodoy” Rusiyada həbs olundu və 10 il azadlıqdan məhrum olundu. Amma 6 il “oturdu”. Saakaşvili yazıb ki, 2007-ci ildə “Şakro Molodoy”un rəhbəri, digər nufuzlu “qanuni oğru” Usoyan (“Ded Xasan”) İrəvana gəlib və oradan Gürcüstandakı iğtişaşları idarə edib.

“Ruslar artıq inanırlar ki, Gürcüstandakı seçkilərdə onları böyük sürprizlər gözləyir. Onlar Kalaşova gürcü kriminal dünyasını idarə etmək barədə tapşırıq veriblər. İstisna etmirəm ki, ona verilən tapşırıqlardan biri də həbsxana divarları arxasında mənmlə “haqq -hesabı çürütmək” olub”-deyə eks-prezident yazıb.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.