Rusiya Qara dəniz donanmasının qərargahına raket zərbəsi ilə bağlı açıqlama yaydı- RƏSMİ

Krımda Qara dəniz donanmasının tarixi qərargahının binasına hava hücumu nəticəsində bir hərbçi həlak olub.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hücum nəticəsində Qara dəniz donanmasının tarixi qərargahının binasına ziyan dəyib. İlkin məlumata görə, bir hərbçi həlak olub”, – nazirlikdən bildiriblər.

O da qeyd olunub ki, hücum dəf edilərkən HHM sistemləri tərəfindən 5 raket vurulub.

Qərargaha raket hücumu barədə Sevastopol qubernatoru Mixail Razvojaev yerli vaxtla saat 13:20-də məlumat verib. Yeni hücum təhlükəsi səbəbindən insanlardan şəhərin mərkəzini tərk etmələri istənilib, lakin həyəcan siqnalı tezliklə ləğv edilib.

Zərbədən sonra raket qalıqları yüzlərlə metrə səpələnib. Raketlə vurulan qərargah Sevastopolun tarixi mərkəzində yerləşir. Yaxınlıqda çoxlu mülki obyektlər və yaşayış binaları var.

Qubernatorun sözlərinə görə, donanma qərargahının ətrafındakı mülki infrastruktura və küçədə olan insanlara zərər dəyməyib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə hərbi hüquq ekspertlərinin görüşü keçirilib

Sonrakı məqalə

Şuşada traktorun minaya düşməsi barədə araşdırma aparılır