Rusiya Ukraynanın taxıl dəhlizinin təhlükəsizliyini təmin edən Qara Dəniz Donanmasının gəmilərinə hücum etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasının keçirilməsini xahiş edib.
TASS xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Onun sözlərinə görə, Rusiya həmçinin BMT-nin baş katibi Antonio Quterreşə Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl saziş”ində iştirakının dayandırılması barədə rəsmi məlumat verib.