Cənubi Koreyada Hellouin bayramı faciəyə çevrildi –146 nəfər öldü

Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramı münasibətilə keçirilən izdihamlı tədbirdə ölənlərin sayı 146 nəfərə çatıb.

Bu barədə “Associated Press”agentliyi məlumat yayıb.

Məlumata görə, 150 nəfər xəsarət alıb.

Prezident Yun Sok Yol və baş nazir Han Dok Su həkimləri lazımi yardım göstərməyə çağırıblar.

Hadisə ilə bağlı paytaxt meri O Se Xun Avropaya səfərini yarımçıq qoymaq qərarına gəlib.

Bundan əlavə, Yun Sok Yol hadisə ilə əlaqədar təcili iclas keçirib.

Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.

Əvvəlki məqalə

Rusiya Qara dənizdə gəmilərinə hücuma görə BMT-nin iclasını çağırır

Sonrakı məqalə

Haqsız rəqabətə görə 2,7 milyon manat sanksiya tətbiq edilib –