Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Rusiya “Qarabağın statusu”na korrektə edir?

User 01 Dekabr 2022 - 23:37 (Last updated: 21 May 2025 - 20:15)
Moskva Kreml
Lavrovun Qarabağla bağlı açıqlamaları Moskvanın mövqeyində müəyyən korrektlər etdiyi təsəvvürünü formalaşdırır.
– Praqa sənədi (BMT Nizamnaməsi və Alma-Atı bəyannaməsinə istinad) Qarabağın statusuna necə yanaşılacağına qərar verir, yəni Alma-Atı bəyannaməsinə əsasən “Dağlıq Qarabağ Muxtar Vilayəti” birmənalı olaraq Azərbaycan SSR-nin tərkibində idi və buna Bakı qərar verəcək;
– Bakı Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla bağlı təminat verməyə hazırdır;
Rusiyanın baş diplomatı bununla mesaj verir ki, “Qarabağın statusu”nun olmamasına görə günahkar Ermənistan hakimiyyətidir və Lavrovun “Ermənistan rəhbərliyi son vaxtlar Qarabağın statusundan yox, Qarabağdakı erməni əhalinin hüquqlarının təmin edilməsindən bəhs edir” sözləri də bu fikri erməni cəmiyyətinə çatdırmağa hesablanıb.
Hərçənd, regional siyasətdə “Qarabağın statusunu” əsas rıçaqlardan biri kimi görən Rusiyanın mövqeyində müəyyən korrekt etməsi və Qarabağdakı ermənilərlə bağlı Bakının gündəliyinə yaxın çıxış etməsi diqqət çəkir:
Birincisi, sülh sazişi üzərində təşəbbüsü götürməyə çalışan Rusiya Qərbin (ABŞ-ın) Bakıya Qarabağla bağlı təklif etdiyi daha məqbul varianta yaxınlaşmaqla irəliyə çıxmaq istəyir;
İkincisi, Rusiya Ermənistanın Qarabağ üzərindən oynadığı oyunu qəbul etmir;
İrəvan sülh müqaviləsini imzalamaq, “Qarabağın statusu”nu Rusiyanın üzərinə qoymaqla həm Bakı və Moskvanı üz-üzə qoymaq, həm də məsuliyyəti ruslara yükləmək niyyətindədir. Moskva bundan imtina edir və Ermənistan hakimiyyətini günahlandırıb, Azərbaycanın gündəliyinə yaxın mövqe sərgiləməklə sülh sazişi ətrafında balansı xeyrinə dəyişməyə çalışır.
Lakin rusların “Vardanyan planı” rəfə qaldırılmayıb və bəllidir ki, Bakının Qarabağdakı erməni əhalisi ilə təmaslarından bu kartı istifadə etməyə çalışacaqlar.
Asif Nərimanlı

Post navigation

Previous: “Sülhməramlılar müraciətlərimizə məhəl qoymur” –
Next: “Ukraynaya nə qədər lazımdır yardım olunacaq” –

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Arıqlamaq istəyən insanların çoxu ilk növbədə çörəyi, düyünü, kartofu və digər qidaları menyudan çıxarmağa çalışır. Bəziləri isə...
Read more about Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları
Gün ərzində saatlarla oturmaq orqanizmə necə təsir edir? oturaq isler
  • Maraqlı

Gün ərzində saatlarla oturmaq orqanizmə necə təsir edir?

User 01 Noyabr 2026 - 17:00
Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb dollar qizil
  • İqtisadiyyat

Azərbaycanın qızıl ixracı 31,6 faiz artıb

User 01 Noyabr 2026 - 16:15
Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır suni intelekt is
  • Media

Süni intellekt bumeranqı – Şirkətlər işdən çıxardıqları əməkdaşları geri çağırır

User 01 Noyabr 2026 - 16:00
Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır kere yaqi
  • İqtisadiyyat

Yağ qiymətlərində kəskin bahalaşma – İstehsal azalır, idxal artır

User 01 Noyabr 2026 - 15:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.