“Rusiya qazının Özbəkistana tranziti bütün Orta Asiya üçün son dərəcə vacibdir”- TOKAYEV

Rusiya qazının Özbəkistana tranzitinə başlanılması bütün Orta Asiya üçün son dərəcə vacibdir.

Azpost.info xəbər verir ki, bunu Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Rusiya və Qazaxıstan arasında Regionlararası Əməkdaşlıq Forumunda bildirib.

Onun sözlərinə görə, bu addım bütün regionun enerji təhlükəsizliyini təmin edəcək.

“Bu layihə Mərkəzi Asiyada regional sabitliyin və enerji təhlükəsizliyinin möhkəmləndirilməsində əsas rol oynayır”, – Tokayev qeyd edib.

Rusiya lideri noyabrın 9-da Qazaxıstana rəsmi səfərə gəlib. Tərəflər dövlətlər arasında əməkdaşlığı, o cümlədən regional və beynəlxalq məsələləri müzakirə etməyi planlaşdırırlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.