Rusiya qızıl-valyuta ehtiyatlarının reytinqində geriləyib- SİYAHI

Rusiya ən böyük qızıl-valyuta ehtiyatlarına malik iqtisadiyyatların reytinqində dördüncü yeri Hindistana uduzub.

Azpost.info xəbər verir ki, may ayında Rusiyanın aktivləri 11,6 milyard dollar azalaraq 584,2 milyarda düşüb.
Beləliklə, Rusiya reytinqdə beşinci sırada yer alıb.

Mərkəzi Bankların məlumatlarının təhlilinin nəticələrinə görə, Çin reytinqdə lider olub. May ayının sonuna olan məlumata görə, onun sərəncamında 3,371 trilyon dollar olub. İkinci yeri 1,254 trilyon dollar ehtiyatla Yaponiya tutub. Üçüncü sırada 886 milyard dollarla İsveçrə qərarlaşıb.

İlk onluğa həmçinin Səudiyyə Ərəbistanı (442,2 milyard dollar), Honq-Konq (421 milyard dollar), Cənubi Koreya (420,98 milyard dollar), Braziliya (343,5 milyard dollar) və Sinqapur (325,7 milyard dollar) daxildir.

Almaniya 11-ciŞ ABŞ, İtaliya, Fransa və Tailand üçüncü yerdədir. Sonrakı yerlərdə Meksika, Böyük Britaniya,  İsrail, Polşa və İndoneziya gəlir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.