Rusiya rublu sürətlə çökür –1 dollar 138 rubl oldu

Martın 7-də səhər beynəlxalq hərraclarda rubl 10 faizdən çox ucuzlaşaraq 1 dollar üçün 138 rubl təşkil edib.
Azpost.info xəbər verir ki, bu barədə “The Bell” məlumat yayıb. Bu, ABŞ-ın Rusiyadan neft idxalına embarqonu ciddi şəkildə nəzərdən keçirməsi xəbəri fonunda baş verib. Məlumata görə, ABŞ administrasiyası embarqo variantlarını ciddi şəkildə nəzərdən keçirir və bu tədbirin daxili bazara təsirini öyrənir.
Rusiya neftinə qoyulan qadağanın miqyası və müddəti hələ müəyyən edilməyib. ABŞ-ın bu addımı təkbaşına – Rusiya neftindən asılı olan Avropanın iştirakı olmadan atacağı istisna edilmir.
Bloomberg-in məlumatına görə, saat 12.23-ə olan vəziyyətə görə, 1 avro 143 rubldur.
Azpost.info
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir