Rusiya sərhədçiləri Naxçıvanla sərhəddə qəzaya düşüb

29 Oktyabr 2021 - 14:55

Ermənistanın Naxçıvanla sərhədində, İrəvan-Arazdəyən-Mehri yolunun 80 kilometrliyində, işğal altında olan Kərki kəndinin yaxınlığında Rusiya sərhədçilərinə məxsus hərbi yük avtomobili qəzaya düşüb.

“Sputnik Armenia”nın verdiyi xəbərə görə, yük avtomobili təxminən 150 metr hündürlükdən dərəyə aşıb.

Nəticədə bir hərbçi həlak olub, digəri xəstəxanaya yerləşdirilib.