Rusiyanın Vyanadakı səfiri Dmitri Lyublinski Avstriya Xarici İşlər Nazirliyinə çağırılıb.
Azpost.info xəbər verir ki, XİN-dən diplomatın Xarkov vilayətindəki vəziyyətlə əlaqədar çağırıldığı bildirilib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məsələyə münasibətində Rusiya ordusunun mülki hədəflərə zərbələr endirmədiyini bildirib.
Qeyd edək ki, dünən Xarkovun Qroza kəndinə hava zərbələri zamanı 50 nəfər həyatını itirib.
Azpost.info