Rusiya səfirinin Nobel mükafatı mərasiminə dəvəti ciddi narazılıq yaradıb

İsveçin baş naziri Ulf Kristersson Nobel Fondunun Rusiya və Belarus səfirlərini bu il Nobel mükafatı mərasiminə dəvət etmək qərarını tənqid edib.

Azpost.info bildirir ki, bu barədə DW yazır.

“Mükafatlandırma mərasiminə dəvətlərə cavabdeh olsaydım, bunu etməzdim. Bu, həm İsveçdə, həm də Ukraynada bir çox insanı narahat edir”, – baş nazir əlavə edib.

“Svenska dagbladet” nəşru yazır ki, bir neçə İsveç partiyasının liderləri Rusiya səfirinin iştirak edəcəyi təqdirdə mərasimi boykot edəcəklərini bəyan ediblər.

Bundan əvvəl Nobel Fondunun qərarı Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən kəskin şəkildə pislənib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.