“Rusiya savaşda döyüşə hazır bölmələrini itirir” –Britaniya kəşfiyyatı

Ukraynadakı müharibə Rusiyanın döyüş qabiliyyətli bölmələrinə və ən qabaqcıl imkanlarına ciddi ziyan vurur.

Azpost.info xəbər verir ki, bunu Britaniya kəşfiyyatı bildirib.

“Ukraynadakı münaqişə Rusiyanın bəzi ən qabaqcıl bölmələrinə və imkanlarına ciddi ziyan vurur. Münaqişədən sonra Rusiyaya silahlı qüvvələrini yenidən qurmaq üçün əhəmiyyətli vaxt və xərc tələb olunacaq”, – Britaniya kəşfiyyatı qeyd edir.

Məlumata görə, döyüş zamanı ən azı bir müasir rus “T-90M” tankı məhv edilib. O da qeyd olunur ki, təkmilləşdirilmiş avadanlığın dəyişdirilməsi Rusiyanın mühüm mikroelektronik komponentlərə çıxışını məhdudlaşdıran sanksiyalar səbəbindən xüsusilə çətin olacaq.

Azpost.info

Əvvəlki məqalə

Musa Yaqubun qəbirüstü abidəsinin açılışı olub

Sonrakı məqalə

Almaniya XİN rəhbəri Kiyevə gəlir