“Rusiya sülhməramlıları bölgədən gedəcəklər” –Deputat Vahid Əhmədov

“Azərbaycan mütləq qələbə qazanıb, ərazi bütövlüyünü təmin edib. İndi bəzi siyasətçilər, politoloqlar sülhməramlılarla əlaqədar müəyyən fikirlər irəli sürürlər. Amma bu prosesin uzun çəkəcəyini düşünmürəm, sülhməramlılar bölgədən gedəcəklər”.

Azpost.info bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov Azadlıq radiosuna açıqlamasında bildirib.

Vahid Əhmədovun sözlərinə görə, hökumətin qarşısında hazırda bir məsələ var: “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına çalışmaq lazımdır. Bu məsələ həll olunana qədər Ermənistanla hər hansı iqtisadi əlaqələr qurulmamalıdır. Onsuz da Ermənistanda siyasi vəziyyət çox gərgindir, siyasi mübarizə gedir, hələ necə nəticələnəcəyi məlum deyil. Rusiya və Qərbin dəstək verdiyi tərəflər arasında mübarizə davam edir. Vəziyyət o həddədir ki, Baş nazir Nikol Paşinyan mitinqlərdə özü iştirak edir. Amma hələlik siyasi qərarlar qəbul edilməyib”.

Vahid Əhmədov Dağlıq Qarabağla bağlı indiki vəziyyəti çox yüksək qiymətləndirdiyini bildirib: “Bizim hazırda ilkin vəzifəmiz işğaldan azad etdiyimiz əraziləri bərpa etməkdir.”

Onun deməsinə görə, Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığı daha da möhkəmləndirilməlidir: “Bu dövlətlərlə əməkdaşlığın dərinləşməsi müstəqilliyimizin qarantıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sumqayıtda dostu ilə içki içən 16 yaşlı oğlan öldü

Sonrakı məqalə

Abxaziyadan Qarabağa könüllü döyüşçülər göndərən Avidzba həbs edilib –