Rusiya sərhədçiləri İrəvan hava limanında işini dayandırır –Bildiriş göndərildi

Rusiya Federasiyası Ermənistandan Rusiya sərhədçilərinin İrəvan hava limanında işini dayandırması barədə bildiriş alıb.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Moskva İrəvandan Rusiya sərhədçilərinin Zvartnots hava limanında işini dayandırması barədə qurum bildirişi alıb.

 

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması məsələsinə toxunub. Paşinyanın sözlərinə görə, Ermənistan Sərhəd Xidməti böyük təcrübə toplayıb və paytaxt İrəvanın “Zvartnots” hava limanında müstəqil şəkildə nəzarəti həyata keçirə bilir.

“Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryan bu məsələni necə səsləndirib bilmirəm, lakin bizim müvafiq qurumlarımız Rusiyaya rəsmi məktub göndərərək, dəstək olduqlarına görə onlara minnətdarlıqlarını bildiriblər”, – Paşinyan qeyd edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.