Rusiya “taxıl sazişi”nə alternativ razılaşma axtarmağa çağırıb –Moskva şərtini açıqladı

Rusiya Xarici İşlər Nazirliyi taxıl sazişinin uzadılması ilə bağlı vəziyyəti dəyərləndirib. XİN  tərəflərin razılığa gələ bilməyəcəyi təqdirdə mövcud razılaşmalara alternativ axtarmağa çağırıb.

Azpost.info bildirir ki, bu barədə XİN-nin saytında yerləşdirilən məlumatda deyilir.

“Əgər “Rosselxozbank” SWIFT-ə qoşulmasa və kənd təsərrüfatı ixracımıza mane olan digər “sistemik” problemlərin həllində irəliləyiş olmasa, o zaman “Qara Dəniz Təşəbbüsü” də alternativlər axtarmalı olacaq”, – XİN bildirib.

Rusiya diplomatları mümkün alternativlərdən birini Ukrayna məhsullarının böyük həcmdə ixrac olunduğu yerüstü “həmrəylik dəhlizləri” adlandırıblar. Onlar vurğulayıblar ki, belə dəhlizlər Avropa İttifaqı ölkələri tərəfindən çox reklam olunur, lakin onlardan istifadənin özünəməxsus çatışmazlıqları var.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirmişdi ki, Rusiya Ukraynadan ərzaq ixrac olunduğu üç limandan birinə gəmiləri buraxmaqdan imtina edərək, taxıl müqaviləsinin şərtlərini pozur.

 

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.