“Rusiya texnoloji avadanlıq oğurluğuna rəsmən icazə verir” –EKSPERT ŞƏRHİ

Xarici proqram “oğurluğuna” icazə verən Rusiya ində də xarici avadanlıq “oğurluğuna” icazə verir.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  sanksiyaların Rusiyanın texnologiya mühitinə təsirləri barədə yazdığı qeydində vurğulayıb.
Onun sözlərinə görə,  Rusiya qlobal dünyanın total sanksiyaları ilə üz-üzə qalıb. Bütün texnoloji şirkətlər Ukraynaya təcavüzlə bağlı Rusiyanı tərk edib. Rusiya vəziyyətdən çıxış yolları axtarır: “Əvvəllər qeyd etmişdik ki, Rusiya bu ölkədə dövlət və özəl sektorda proqram təminatı sahəsində “oğurluğa” icazə verib. Yəni, bu ölkədə xarici proqram təminatlarından lisenziyasız istifadə artıq hər hansı cinayət və inzibati məsuliyyət yaratmır”.
Q.Gündüz deyib ki, indi də Rusiya hökuməti avadanlıq “oğurluğuna” icazə verir: “Artıq Rusiya hökuməti təkcə istehsalçılardan ya da onların razılığı olan şirkətlərdən deyil, istənilən yerdən və istənilən formada texnologiya idxalına icazə verib. Yəni, hansısa Rusiya şirkəti xarici istehsalçının məhsulunu, telefon, kompter, noutbuk və ya TV-ləri paralel olaraq istənilən şirkətdən, istehsalçının razılığı olmadan da əldə edə biləcək. Bu da oğurluğun yeni, daha müasir növüdür”.
Ekspert deyib ki, əvvəllər Rusiyada mövcud olan qaydalara görə istehsalçı şirkət bu ölkə üçün texnoloji məhsullarına mütləq qabaqcadan siyahısı təsdiqlənın yerli proqram təminatlarını da yükləməliydi. Xarici avadanlığa (telefon, kompüter, noutbuk və ya TV və s.) yerli proqramlar yükləmədən ölkəyə daxil etmək cinayət məsuliyyəti yaradırdı, böyük cərimələr tətbiq edilirdi.
O.Gündüzün sözlərinə görə, artıq bu Qaydalar da Rusiyada ləğv edildi: “İndiki Qaydalara görə hər hansı avadanlığı , paralel olaraq istənilən yerdən alıb Rusiyaya gətirmək olar. Güman etmək olar ki, Rusiyadakı bu qərarlarla bağlı regionda nəhəng “İT qara bazarı” formalaşacaq. Qonşu ölkələr böyük pullar qarşılığında Rusiyaya bu texnoloji məhsulların , avadanlıqların sanksiyadan kənar ötürülməsi üçün platformaya çevrilə bilər”.
Azpost.info
Əvvəlki məqalə

Zelenski Ukraynaya qarant olacaq dövlətlər üçün şərtini açıqladı

Sonrakı məqalə

Kolleclərə tələbə qəbulu elan edildi