Rusiya, Türkiyə və İran XİN başçıları Suriyada tərəfləri dialoqa çağırıb

Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Dohada keçirilən görüşdə tərəfləri Suriyada dialoqa çağırıb.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Dohada Astana formatında keçirilən görüşün yekunları ilə bağlı bildirib.

Onun sözlərinə görə, Astana formatının iştirakçı ölkələri Suriyanın suverenliyinə sadiqliklərini təsdiqləyiblər.

Lavrov qeyd edib ki, terrorçuların Suriyada torpaqları ələ keçirməsinə imkan vermək olmaz.

Əvvəlki məqalə

Misli Premyer Liqası:

Sonrakı məqalə

Xameneinin müşaviri Bəşər Əsədlə görüşüb