Rusiya, Türkiyə və Suriyanın hərbi nümayəndə heyətlərinin görüşü olacaq

Fevralda Rusiya, Türkiyə və Suriya arasında üç ölkənin müdafiə nazirlikləri vasitəsilə ekspert məsləhətləşmələri planlaşdırılır.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya XİN rəhbərinin müavini Mixail Boqdanov deyib.

Fevralın 2-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar da üç ölkənin hərbi nümayəndə heyətlərinin tezliklə texniki səviyyədə danışıqlar aparacağını bildirmişdi.

Boqdanov xatırladıb ki, 2022-ci il dekabrın 28-də Moskvada Rusiya, Türkiyə və Suriya Müdafiə Nazirliyinin rəhbərləri görüşdən sonra bu formatda ilk ekspert görüşünün fevralda keçirilməsinə qərar verilib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.